“Makron iki il əvvəl Ermənistan baş naziri Nikol Paşinyanı adekvatlıqdan uzaq adlandırmışdı. Ancaq açıqlamalarından görünür ki, özü Paşinyandan çox da fərqlənmir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib.
Millət vəkili Fransa Prezidenti Emmanuel Makronun sərsəm açıqlamalarının səbəbini də açıqlayıb.
“Makronun açıqlamalarına Praqa görüşündə yeri və həddinin göstərilməsi səbəb olub”, - deyə o bildirib.
Ətraflı videonu təqdim edirik: