Oktyabrın 14-də Şəki və Füzuli rayonlarında iki nəfər avtomobil vurması nəticəsində həyatını itirib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 14-də saat 18 radələrində Şəki şəhəri ərazisində S.İlyasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən şəhər sakini Səadət Abbasovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Həmin gün saat 19 radələrində Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində rayon sakini H.Qasımov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən Zobucuq-2 qəsəbə sakini Asəf Teymurovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Hər iki hadisə ilə bağlı Rayon Polis Şöbələrində araşdırma aparılır.