Avtomobili narkotik vasitənin təsiri altında sürən sürücü saxlanılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 14-də saat 10 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mersedes-Benz” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Mehdi Məmmədovun narkotik vasitənin təsiri altında olduğu müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
Masallı Rayon Məhkəməsinin qərarı ilə M.Məmmədov iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 450 manat məbləğində cərimə edilib.