Kürdəmirdə avtomobil bir neçə dəfə aşıb: Xəsarət alan var - FOTO

Kürdəmir rayonunda avtomobil yoldan çıxaraq bir neçə dəfə aşıb, xəsarət alan var.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor Sor kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2115 markalı avtomobilin sürücüsü - 30 yaşlı Alıyev Rahim Cəsarət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə maşın yoldan çıxaraq bir neçə dəfə aşıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt bağlı araşdırma aparılır.