Quba rayonu ərazisində azyaşlıya antibiotik vurulması nəticəsində ölüb.
“Report”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Barlı qəsəbəsi ərazisində baş verib.
Ailə üzvlərinin sözlərinə görə, 2014-cü il təvəllüdlü Məmmədov Həsən Nahid oğluna ev şəraitində antibiotik iynə vurulub.
Azyaşlının səhhətinin pisləşdiyindən ailəsi onu Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.