Araşdırma: Dnyadakı bütün mavi gözlü insanlar eyni soydandır

Elmi araşdırmaya görə, dünyadakı bütün mavi gözlü insanlar 6-10 min il əvvəl yaşamış bir insanın nəslindəndir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, “General Certificate of Secondary Education” (GCSE) elmi akademik jurnalında dərc edilən son araşdırmaya görə, dünya əhalisinin 8-10 faizini təşkil edən mavi gözlü insanlar eyni əcdadın nümayəndələridir.
Göz rənglərini araşdıran alimlər uzun illər insan gözündə qəhvəyi piqmentin səviyyəsini təyin edən OCA2 genini tədqiq ediblər.

Tədqiqatçılar genetik mutasiyaya məruz qalana qədər uzun illər əvvəl bütün insanların qəhvəyi gözlərə sahib olduğu iddiasını irəli sürürlər.  


Mavi gözlərə səbəb olan bu genetik mutasiya HERC2 adlı gendən qaynaqlanır. Alimlər qəhvəyi göz piqmentini təşkil edən OCA2 geninin mutasiyaya uğrayaraq HERC2 geninə çevrildiyini irəli sürüblər.

İlk mavi gözlü insanın 10.000 il əvvəl Avropada yaşadığı və bütün mavi gözlü insanların eyni mutasiyaya məruz qaldığı güman edilir.

Bu gen mutasiyasında göz rəngləri dəyişir, dəri tonunu təyin edən piqmentlər eyni qalır. Bu mutasiya bütün bədəndə baş verərsə, albinizmin yaşanacağı şəksiz olur. 


 
Kopenhagen Universitetinin professoru Eyberq deyir: "Eyni dəyişiklik mavi gözlü insanların DNT-sində də baş verdi". Qəhvəyi gözün dominant gen olduğuna və qəhvəyi gözlü cütlüyün mavi gözlü uşaq sahibi ola bilməyəcəyinə inanılsa da, bunun əksini göstərən çoxlu nümunələr var.

Beləliklə, mavi gözləriniz varsa, düşündüyünüzdən daha böyük bir ailənin üzvü olduğunuza inanın. bilərsiniz.

Turan