Bakıda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının beynəlxalq konfransı keçirilir

Bakıda “Ombudsmanların və milli insan hüquqları təsisatlarının biznes və insan hüquqları sahəsində rolu” mövzusunda Ombudsmanların və Milli İnsan Hüquqları Təsisatlarının beynəlxalq konfransı keçirilir.
“Report”un xəbərinə görə, beynəlxalq konfransın məqsədi ölkəmizdə insan hüquqlarının müdafiəsi, təmini və təşviqi sahəsində həyata keçirilən islahatları beynəlxalq səviyyədə təbliğ etmək, biznes və insan hüquqları sahəsində tendensiyalar və çağırışlar haqqında müzakirələr aparmaq, habelə bu sahədə müsbət təcrübələri bölüşməkdir.
Konfransda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyasının nümayəndələri, o cümlədən Türkiyə, Pakistan, Mərakeş, İran, İndoneziyadan təmsilçilər iştirak edirlər.