Bank kartlarından kiberüsullarla pul talayan şəxs saxlanıldı - VİDEO

Vətəndaşların bank kartlarından kiberüsullarla pul talayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polisin keçirdiyi əməliyyat-texniki tədbirlərlə 2002-ci il təvəllüdlü Surət Əliyev saxlanılaraq istintaqa cəlb edilib. O, aldatma yolu ilə hansısa məhsulun satışı ilə məşğul olan şəxslərə ödəniş etmək adı altında onların bank kart məlumatlarını əldə edərək öz hesabına köçürməklə nağdlaşdırıb. 
Araşdırmalar davam etdirilir.