Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci vitse-prezident reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verib.