Fransanın hiyləgər planı ifşa olundu - VİDEO

Rusiyanın Ukraynaya qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Fransa Cənubi Qafqazda yerini möhkəmləndirmək üçün rəsmi Moskvanın zəifləməsindən açıq şəkildə istifadə etməyə çalışır. Fransa bu oyuna Ermənistanı da daxil edərək hər cür dəstəyini açıq şəkildə nümayiş etdirməklə özünü “xilaskar” kimi göstərmək istəyir. 

Baku TV-nin əməkdaşı İrəvan-Paris əlaqələrini rusiyalı politoloqlarla müzakirə edib.

Politoloq Dmitri Solonnikovun sözlərinə görə, Fransa Rusiya ilə Azərbaycanın və Rusiya ilə Türkiyənin arasına girməyə çalışır ki, Cənubi Qafqazda hansısa bir qüvvəyə malik olduğunu göstərə bilsin.

“Ora daxil olmaq, KTMT-nin silahlı qüvvələrinin həmin ərazidə fəaliyyətinin qarşısını almaq Ermənistanın da daxil olduğu bir oyundur”, - deyə politoloq vurğulayıb.

Politoloq Darya Qrevtsova isə qeyd edib ki, Ermənistanın hiyləgər planı Rusiya sülhməramlılarını Qafqazdan çıxarmaq, onları qərbyönlü qüvvələrlə əvəz etmək və Fransa hərbçilərini Azərbaycanla Ermənistan sərhədinə yerləşdirməkdan ibarətdir.

Ətraflı videonu təqdim edirik: