Ukraynada müharibədə daha bir Azərbaycan əsilli hərbçi həlak olub.
Bu barədə Ukrayna Azərbaycanlılarının Təşəbbüs Qrupunun rəhbəri Yalçın Qəhrəmanoğlu məlumat verib.
O, qeyd edib ki, mərhum 1966-cı ildə anadan olub və bu ilin martından Rusiyaya qarşı müharibədə iştirak edib.
“Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə minaatan hücumları zamanı həlak olub”, - deyə Qəhrəmanoğlu bildirib.
Onun sözlərinə görə, son səkkiz ayda Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi zamanı həlak olan azərbaycanlıların sayı 20 nəfəri ötüb.