Bakı şəhərinin Yasamal rayonu, Mikayil Müşfiq küçəsində ağacları kəsilib.
Oxu.Az-ın məlumatına görə, ağaclar ötən gün məhv edilib.
Ərazidə 10-dan çox ağacın kəsildiyi qeyd edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda nazirliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilir, araşdırma aparılır.