ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) “Artemis” proqramı çərçivəsində daha üç “Orion” kosmik gəmi sifariş edib.
Müvafiq bəyanat istehsalçı “Lockheed Martin” tərəfindən verilib.
Gələcəkdə növbəti missiyalar üçün daha altı gəmi sifariş edilə bilər.
2019-cu ilin yazında NASA üç mərhələdən ibarət olan “Artemis” proqramının layihəsini açıqlayıb.
Birinci mərhələ (Artemis 1) Orionun Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir.
İkinci mərhələ (Artemis 2) göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur.
Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.
Mənbə: TASS