“Zəngilan Beynəlxalq Hava Limanının açılışında Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin nümunəsidir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
“Prezidentlərin görüşündə Prezident İlham Əliyev mesaj verdi ki, biz həmin torpaqlara qayıdacağıq və yaşayacağıq”, - deyə spiker əlavə edib.
O bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə yenidənqurma-bərpa işləri sürətlə davam edir.
“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilanda oldular. Bunlar görülən işlərin göstəricisidir”.
Qeyd edək ki, oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını ediblər.