Çavuşoğlu: “Qarabağ probleminin həllinin 30 il gecikməsi üç həmsədrin işğalçını dəstəkləməsi ilə bağlı idi”

“Ermənistanla Azərbaycan sərhədinə müşahidəçi göndərmək qərarı yenə işğalçını dəstəkləmək səyləridir və bu məsələdə Azərbaycanın fikri nəzərə alınmayıb”.
Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mersində keçirdiyi mətbuat konfransında deyib.
Türkiyəli diplomat söyləyib ki, Qarabağ probleminin həllinin 30 il gecikməsi də üç həmsədrin işğalçını dəstəkləməsi ilə bağlı idi:
“ATƏT obyektiv deyil. Ona görə də 30 il problemin həllinə nail ola bilmirdi. Biz doğruları deyirik. ATƏT həllini tapmayan problemlərin mərkəzinə çevrilib”.



Mənbə: TRT Haber