Azərbaycanda qadın foto və videolarla şantaj olundu

Sumqayıtda qadın şantaj olunub.
Lent.az-ın məlumatına görə, Zərdab rayon sakini 34 yaşlı Z.Babayev Sumqayıt şəhər sakini 43 yaşlı A.Abdullayevanı foto və videolarını yayacağı ilə hədələyib. Bu yolla ondan 10 000 manat pul alıb.
Daha sonra eyni üsulla əlavə 10 000 manat pul da tələb edib.
Bu barədə zərərçəkmiş qadın polisə müraciətində bildirib.
Hazırda Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.