Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Ermənilərin təxribatı nəticəsində Azad Zakir oğlu Kərimov Kəlbəcərdə şəhidlik zirvəsinə yüksəlib.
1994-cü il təvəllüdlü A.Kərimov ailəli olub. Şəhidin 1 və 3 yaşında iki oğlu əmanət qalıb.
"Sherg.az" xəbər verir ki, A.Kərimovun ailəsi evin bir otağında onun üçün "şəhid guşəsi" yaradıb. Bu barədə görüntülər paylaşılıb. Videoda övladlarının şəhidin fotosunu qucaqlayıb öpməsi diqqət çəkib.
Həmin görüntüləri təqdim edirik: