Araz Əlizadə də getdi, partiya da getdi? – CAVAB:“Təşkilatın aqibəti...” 

Xəbər verdiyimiz kimi, ötən ilin 6 oktyabrında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə vəfat edib.
70 yaşlı A.Əlizadənin onkoloji xəstəlikdən dünyasını dəyişdiyini bildirilib.
Qeyd edək ki, Araz Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində doğulub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1991–1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Respublikasının "Respublika Müdafiə Şurası"nın üzvü seçilib.

Maraqlıdır , görəsən, A.Əlizadə dünyasını dəyişəndən sonra onun rəhbərlik etdiyi partiyanın da sədri dəyişibmi, yoxsa təşkilatın fəaliyyəti dayanıb? 

Partiyanın hazırkı taleyi ilə bağlı məlumat almaq üçün təşkilatın həmtəsisçilərdən olan A.Əlizadənin qardaşı, politoloq Zərdüşt Əlizadə ilə əlaqə saxladıq.
O “Sherg.az”a bunları söylədi:

"Mən 2001- ci ildən bəri sözügedən partiya ilə əlaqələrimi kəsmişəm. Orada nə baş verdiyindən və partiyanın aqibəti barəsində xəbərim yoxdur. Xahiş edirəm, bu məsələ ilə bağlı məni narahat etməyəsiniz".