“Gürcüstanda keçirilən seçkilərdə Qərbin Rusiyaya uduzması fonunda Qərbin Cənubi Qafqazla bağlı aqressiv siyasətini daha da gücləndirəcəyi şübhəsiz idi. Qərb Rusiya qarşıdurmasının Cənubi Qafqaz meydanı Ukrayna cəbhəsindən fərqli olaraq hələki siyasi-diplomatik müstəvidə davam etsə də, onun açıq hərbi gərginliyə keçəcəyi ehtimalı da var”.
Bu barədə “Sherg.az”a açıqlamasında siyasi ekspert Vüqar Dadaşov məlumat verib.
Ekspertin sözlərinə görə, Qərb Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir:
“Polşa XİN başçısı Andrey Dudanın İrəvan səfəri heç də iki tərəfli xarakter daşımır sözsüz ki, Avropa İttifaqının, Kollektiv Qərbin nümayəndəsi qismində Ermənistana səfər edib. Aİ-nın Ermənistanda missiyası ilin sonunda başa çatmalıdır. Andrey Dudanın Polşanın da Ermənistandakı Aİ-nın missiyasına qoşulma ehtimalını müzakirə etməsi əlbəttəki Aİ-nın Ermənistandakı missiyasının uzadılacağını göstərir. Hərçənd ki, Polşa missiya qoşulmasaydı da Aİ Ermənistanda mülki missiya adı ilə öz hərbi mövcudluğuna son verən deyildi əksinə Cənubi Qafqazda daha da əsaslı şəkildə oturuşmaq hədəfləyir. Ermənistan rəsmilərinin son açıqlamaları isə göstərir ki, regionda yeni müharibə ehtimalı artır. Fransa, Yunanıstan, Hindistan, İran, ABŞ, və digər Qərb dövlətləri Ermənistana açıq hərbi yardımlarının hədəfi təbii ki, Ermənistanın Azərbaycanla yeni müharibəsidir”.
Qərb - Rusiya qarşıdurmasının Ukrayna cəbhəsində dərinləşdiyini xatırladan V. Dadaşov bəzi kəşfiyyat məlumatlarına istinadən qeyd edib ki, həm Rusiya, həm də Ukrayna yeni hücum planları hazırlayır:
“Kollektiv Qərb artıq Ukraynaya verdiyi ciddi və hücum silahlarından istifadəyə icazə verib. Donald Trampın ABŞ-ın yenidən prezident seçilməsi Co Bayden iqtidarını qısa müddətdə Ukraynada vəziyyəti elə həddə çatdırmamağa məcbur edib ki, geriyə, tərəflər arasında danışıqlar mümkün olmasın. Maraqlısı da odur ki, Rusiya əvvəllər Qərbin Ukraynaya dəstək və ciddi silahlar verəcəyi halda nüvə silahından istifadə edə biləcək ehtimalını dilə gətirirdi. Ancaq, Rusiya baş verənlərin əksinə olaraq son vaxtlar nüvə ritorikasından uzaqlaşıb. O ki, qaldı İsrailin Yaxın Şərq müharibəsinə əlbəttə ki, bu müharibə də geniş mənada Kollektiv Qərbin planlarına uyğun aparır. Qərbin planları İsrail dövlətinin milli maraqları üçün əlverişli imkanlar yaratdığı üçün proses vəhdət formasındadır. Son günlər İsraildən atəşkəsin və razılaşmanın mümkünlüyü barədə anonsun verilməsi təbii ki, uğurlu nəticəyə söykənir, həm də dünya ictimaiyyətinin mövqeyi və Beynəlxalq Məhkəmə qərarları Netanyahu hakimiyyətini loyal davranmağa məcbur edir. Hər bir halda hələki, bütünlüklə İsrail - Ərəb müharibəsinin bitməsi ehtimalı yoxdur”.