Sumqayıtda 70 yaşlı kişinin meyiti tapılıb

Sumqayıtda meyit tapılıb.

APA xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

1955-ci il təvəllüdlü Güləli Hadıyevin meyiti yaşadığı evdə aşkarlanıb.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.