Böyük Britaniya Kralı III Çarlz ictimaiyyəti xərçəng xəstəliyi ilə mübarizəsi barədə məlumatlandırmaq qərarına gəlib.
Axar.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Kralın videomüraciəti "Cancer Research UK" və "Channel 4" telekanalının birgə təşkil etdiyi "Stand Up To Cancer 2025" kampaniyası çərçivəsində göstəriləcək.
Monarx xəstəliyin diaqnozu, öz mübarizəsi barədə təfərrüatı bölüşəcək və bu məsələdə şəxsi təcrübəsini açıqlayacaq.