Xırdalanda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB

Yaşayış kompleksində baş verən yanğın söndürülüb.

Teleqraf xəbər verir ki, yanğın binanın 10-cu mərtəbəsindəki mənzildə baş verib. İlkin ehtimala görə, yanğın mənzildəki elektrik naqillərindəki qısaqapanmadan başlayıb.

Hadisə zamanı 2 nəfər tüstüdən zəhərlənib.

***

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Teleqraf xəbər verir ki, hadisə “Kristal Abşeron- 2” yaşayış kompleksində baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.