ABŞ Rusiyanı düşmən siyahısından çıxartdı

Pentaqon Rusiyanı NATO-ya daxil olmayan müharibə oyunlarında (təlim) potensial düşmən hesab etməyi dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy” (FP) məlumat yayıb.

Bildirilib ki, bu, ABŞ Prezidenti Donald Trampın Moskva ilə yeni münasibətlər qurmaq istəyi fonunda baş verir.

"Tramp Moskva ilə yeni münasibətlər qurmağa o qədər diqqət yetirib ki, onun Müdafiə Nazirliyi artıq Rusiyanı müxtəlif müharibə oyunlarında potensial strateji düşmən kimi siyahıdan çıxartmağa başlayıb".