DİQQƏT!- Bakının mərkəzindəki dairə bağlandı - YENİLƏNİB + VİDEO

Bakının Azneft dairəsində hərəkət məhdudlaşdırılıb.
Oxu.Az-ın məlumatına görə, təmir işləri ilə əlaqədar bu gün saat 16:00-dan sabah günün sonunadək ərazi bağlı olacaq.
10:46
Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.
Bu barədə Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.
O bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır:
“Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik”.