Günəş "partladı": İşıqları Türkiyənin bir çox bölgələrindən göründü

Günəşdə partlayış baş verib və Yer üzünün maqnit sahəsi ilə Günəşdən gələn yüklü hissəciklərin qarşılıqlı təsiri nəticəsində meydana gələn Qütb işıqları (Aurora Borealis) ABŞ-nin bəzi bölgələrində, eyni zamanda Türkiyənin İstanbul, Sakarya, Kastamonu və bir çox digər ərazilərində də görünüb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Qeyd edək ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası Günəşdəki partlayışla xəbərdarlıq etmiş, hadisə nəticəsində şiddətli geomaqnit qasırğasının baş verə biləcəyini və bunun elektrik stansiyalarının və radiosiqnalların işində müvəqqəti fasilələrə səbəb olacağını bildirmişdi.