İnstagram-dan yenilik: Ortaq ana səhifə

“İnstagram” istifadəçilərin qarşılıqlı əlaqəsini artırmaq məqsədilə yeni bir funksiya təqdim edəcək.
Bakupost.az xəbər verir ki, istifadəçilər dostları və ya sevgililəri ilə ortaq ana səhifədən istifadə edə biləcək.
Bununla da, istifadəçilər dostlarının nəyi bəyəndiyini görəcək.
Şirkət bu sayədə ortaq axın həyata keçirməyi planlayır.
Yeni funksiyanın istifadəçilərə təqdim olunacağı tarix isə hələki məlum deyil.