“Togg” nazirlərə təhvil verildi

Türkiyə istehsalı olan “Togg” avtomobili bu gündən nazirliklərə təhvil verilib.
Bakupost.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə mətbuatında qeyd olunduğuna görə Sənaye və Texnologiya naziri Mustafa Varank avtomobili rəsmi vasitə olaraq istifadə edən ilk nazir olub.
Ona "Togg"un 'T10X" markalı avtomobili təqdim olunub.
Xatırladaq ki, dörd gün öncə Bakıda Türkiyənin ilk yerli elektromobili “Togg” Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. İlham Əliyev buna görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.