Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı

Gədəbəydə evdən iki meyit tapılıb. 
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib. 
Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.

Onların dəm qazından öldüyü bildirilir. 
Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar.