Naxçıvanda baş həkim işdən çıxarıldı

“Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Kəmalə Qurbanova vəzifəsindən azad edilib.
Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.
Baş həkim vəzifələrinin müvəqqəti icrası baş həkimin müavini Nəzakət Quliyevaya həvalə olunub.