Bu universitet qızılcaya yoluxma ilə bağlı distant təhsilə KEÇDİ

Moskva Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Asiya və Afrika Araşdırmaları İnstitutu qızılca xəstəliyinin yayılması ilə əlaqədar karantinə alınıb.

Sfera.az xəbər verir ki, bu barədə təhsil müəssisəsi məlumat yayıb.

Qeyd olunub ki, tələbələr oktyabrın 4-dən distant təhsilə keçirilib.
Məlumata görə, universitetdə bütün tədris prosesi oktyabrın 18-dək onlayn rejimdə aparılacaq. Şərqşünaslıq İnstitutunun rəhbərliyi peyvənd olunmayan tələbələrə vaksin vurdurmağı tövsiyə edib.