Alimlər Samanyolu qalaktikasının mərkəzində yerləşən superkütləvi "qara dəliy"in ətrafında bir-birinə çox yaxın olan iki ulduz aşkar ediblər.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar ona "Oxatan A" (Sagittarius A) adı veriblər. Onlar ulduzların "qara dəliy"ə yaxınlığına görə təəccübləndiklərini açıqlayıblar.
Alimlər bu ulduzların, superkütləvi "qara dəliy"in güclü cazibə sahəsinə baxmayaraq mövcudluqlarını qoruyub saxlamasını "qeyri-adi vəziyyət" kimi qiymətləndiriblər. Tədqiqatçılar ulduzların təxminən 2,7 milyon il yaşında olduğunu və bir-birinin orbitində fırlandığını müəyyən ediblər. Ulduzların öz aralarındakı məsafəyə də xüsusi diqqət çəkilib.
Araşdırma göstərib ki, əgər bu ulduzlar bir-birindən daha uzaq olsaydı, "qara dəliy"in cazibə qüvvəsi səbəbindən parçalanacaqdı. Daha yaxın olduqları təqdirdə isə vahid bir ulduz kimi birləşə bilərdilər. Almaniyanın Köln Universitetindən tədqiqatçı Florian Peissker qeyd edib ki, dəqiq vaxt məlum olmasa da, bu iki ulduzun bir gün birləşəcəyi qaçılmazdır.