May ayında yeddi gün ardıcıl dərs olmayacaq

Mayın 1-dən 5-dək ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.
Oxu.Az-ın məlumatına görə, mayın 6-sı və 7-si şənbə və bazar gününə təsadüf etdiyindən tətildən sonrakı ilk dərs günü mayın 8-də olacaq.  
Bildirək ki, 6 günlük dərs həftəsi olan məktəblərdə dərslər mayın 6-dan başlayacaq.
Qeyd edək ki, bu tətil ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.