Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Sahil Məmmədova hökm oxunub və o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyulunda paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

İttihama görə, 1978-ci il təvəllüdlü S.Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1985-ci il təvəllüdlü Aynurə Əliyarovanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.