BQXK-ya və RSK-ya məxsus maşınlar Xankəndi yolunda maneəsiz hərəkət ediblər 

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlı kontingentinə (RSK) və Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, RSK-ya məxsus 1 minik, 4 yük maşını Xankəndidən Laçın istiqamətinə, 4 minik və 5 yük avtomobili isə əks istiqamətə maneəsiz hərəkət edib. Həmçinin BQXK-ya məxsus 8 minik və 4 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib. 

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən RSK və BQXK-ya məxsus avtomobillərin ümumi sayı 26-ya çatıb.