Bu ölkədə 44 dərəcə isti - Əhaliyə xəbərdarlıq

Vyetnamın Tanh Hoa bölgəsində müsbət 44,1 dərəcəlik rekord temperatur qeydə alınıb.
Bakupost.az xəbər verir ki, rəsmilər ictimaiyyətə günorta vaxtı evdən çıxmamaqla bağlı xəbərdarlıq edib.
İndiyə qədər ən isti temperatur isə ölkənin şərqində yerləşən bir qəsəbədə 43,8 dərəcə ilə müşahidə olunub.
Mütəxəssislər isə iqlim dəyişiklikləri səbəbindən bu rekordların yenidən qırılacağını bildirib.
Qeyd edək ki, qlobal temperatur sənaye inqilabı dövrü ilə müqayisədə 1,1 dərəcə istiləşib. Alimlərin fikrincə, karbon emissiyalarını azaltmaq üçün tədbirlər görülənə qədər temperatur yüksəlməyə davam edəcək.