QAİ bəyanat yayıb

Qərbi Azərbaycan İcması sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən 9 oktyabr 2024-cü il tarixində Varşavada, ATƏT-in İnsan Ölçüsü Konfransının plenar sessiyasında çıxış etmişdir. 

“Sherg.az” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bildirilib ki, öz şəxsi qaçqınlıq hekayəsi, Ermənistandan azərbaycanlıların qovulması, onların qayıdışına imkan verilməməsi barədə məlumat verən R. Həsən, bəzi dairələrin Azərbaycandan könüllü köçmüş ermənilərin məsələsini süni şəkildə gündəliyə gətirdiyi halda, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı hüququna münasibətdə ayrı-seçkilik nümayiş etdirdiklərini bildirmişdir. R. Həsən ədalət və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdışı hüququna hörmət edilməsinin vacibliyini vurğulamışdır.
R. Həsən konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirdmişdir.
Qeyd edək ki, ATƏT-in illik əsasda keçirdiyi İnsan ölçüsü Konfransı ATƏT məkanında insan hüquqları və fundamental azadlıqlar məsələsinə həsr edilir. Qərbi Azərbaycan İcması müntəzəm olaraq bu konfranslara qatılaraq, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsini qaldırır. İcmanın bu ilki konfrans çərçivəsində keçirdiyi yan tədbir və plenar sessiyada iştirakı Qərbi azərbaycanlıların qayıdış hüququ üzrə beynəlxalq məlumatlılığın artırılması və baxımından böyük əhəmiyyət kəsb edir.