ABŞ-nin Suriyada Dəməşq administrasiyasını ələ keçirən “Həyat Təhrir əş-Şam”ın (HTŞ) lideri Əhməd əş-Şaranın başına qoyduğu 10 milyon dollar mükafatı qaldıracağı açıqlanıb.
Sherg.az xəbər verir ki, ABŞ da Fransa, İngiltərə və Almaniyanın ardınca Dəməşqə bir heyət göndərdi.
HTS ilə ilkin təmas quran ABŞ nümayəndə heyəti danışıqları “konstruktiv” adlandırıb.
Nümayəndə heyətinin Dövlət Departamentinin rəsmisi Barbara Leaf, "Türkiyənin Suriyada çox böyük təsiri var" deyib.
ABŞ-ın HTŞ-dən gələn müsbət mesajları məmnuniyyətlə qarşıladığını ifadə edən Leaf qeyd edib: "İranın Suriyada heç bir rolu olmayacaq və olmamalıdır" .