Türkiyə Hava Yolları "Ginnesin Rekordlar kitabı"na düşüb

2012-ci ildən dünyanın əksər ölkəsinə uçuş həyata keçirən Türk Hava Yolları (THY) daha bir uğura imza atıb.

"Sherg.az" SonHaber-ə istinadən xəbər verir ki, THY  "Ən çox ölkəyə uçan havayolu" adı ilə "Ginnesin Rekordlar Kitabı"na düşüb.

"Ginnesin Rekordlar Kitabı"nın Türkiyə üzrə vitse-prezidenti Talal Ömər ümumilikdə 131 ölkəyə uçan THY-ni bu uğura görə təbrik edib.

"Bu rekord THY-nin qlobal aviasiya sənayesindəki həyati rolunu təsdiqləyir", - o deyib.