“İnter” Hakan Çalhanoğlunu qışda sata bilər - İstanbul klubu transferə hazırlaşır

İstanbul nəhənglərindən “Fənərbağça” İtaliyanın “İnter” klubunda çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunu transfer etmək istəyir.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli yarımmüdafiəçinin xidmətində maraqlıdır.

İddialara görə, “İnter” 32 yaşlı futbolçu ilə yollarını ayırmağa hazırdır. Milan klubu yeni müqavilənin şərtləri ilə bağlı razılıq əldə edə bilməsə, qış transfer pəncərəsində Çalhanoğlunun satışına razılıq verə bilər.

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən “İnter”də çıxış edir. Onun İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci il iyunun 30-da başa çatacaq. Yarımmüdafiəçinin transfer dəyəri 16 milyon avro olaraq qiymətləndirilir.