Nikol Paşinyan İrlandiyada işgüzar səfərdədir

Ermənistan Baş naziri Nikol Paşinyan İrlandiyanın paytaxtı Dublin şəhərinə səfər edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Melanya Arutyunyan sosial media hesablarında paylaşım edib.

O bildirib ki, Nikol Paşinyan noyabrın 12-13-də İrlandiyada işgüzar səfərdə olacaq.

Səfər çərçivəsində o, 9-cu Avropa Siyasi Birliyi Sammitində iştirak edəcək.