Hollandiya Ukraynaya 370 min avro ayırıb

Hollandiya Ukraynadakı mədəni irsin qorunması üçün təxminən 370 min avro ayırmaqla bağlı qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin press-relizində deyilir.

Məlumatda qeyd edilib ki, vəsait "Hollandiyanın Fövqəladə Hallara Mədəni Müdaxilə" qeyri-hökumət təşkilatı vasitəsilə Ukraynadakı mədəni irs obyektlərinə xərclənəcək.

Bundan əlavə, pulun bir hissəsi Ukrayna mədəniyyətinə qarşı edilən hərbi cinayətlərin araşdırılmasına yönəldiləcək.

Vəsait Xarici İşlər Nazirliyi və Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən birgə ayrılıb.