Rusiya BMT-də Ukraynanın məsələsini qaldıracaq

Rusiya BMT Təhlükəsizlik Şurasının cümə günü keçiriləcək iclasında Kursk vilayətinin Rılsk şəhərinə raket hücumları mövzusunu qaldıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Əlbəttə bunu gündəmə gətirəcəyik" - o deyib.