Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb.
"Sherg.az" həmkarımızla əlaqə saxlayıb, son durumu barədə məlumat alıb.
"1 həftə idi, xəstəxanada müalicə alırdım. Damarmənşəli xəstəlik diaqnozu qoyulub. Həkimlər dedi ki, infeksiya keçib, dizdən aşağı qıçım yara tökmüşdü, ağrılar var idi, ayaqüstə dayana bilmirdim. Topçubaşov adına Respublika Klinik xəstəxanasında müalicə aldım. Bu gündən etibarən bir həftə də ev şəraitində müalicə alacağam. İndi özümü babat hiss edirəm".