Almaniyada yük qatarı relslərdən çıxaraq aşıb


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yük qatarı relslərdən çıxaraq aşıb.

APA "stern.de" portalına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 sərnişin yaralanıb.

Hadisə nəticəsində 10 vaqon və bir ədəd lokomotiv relslərdən çıxıb. Qəzadan sonra rəsmilər Köln-Axen dəmiryolu xəttinin bir neçə gün müddətinə bağlanmasına qərar verib.

Əraziyə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, sözügedən dəmiryolu xətti ilə qatarlar Almaniya ərazisindən keçməklə Brüsselə istiqamətlənir.