Hamını bəzər, özü eynəklə gəzər: Niyə?  - Oftalmoloqdan MÜNASİBƏT

Son illər gözdəki zəifliyi aradan qaldırmaq üçün lazerlə əməliyyata üz tuturlar.  Göz əməliyyatı dünyada gün keçdikcə daha çox qəbul olunan üsuldur. Lakin həmin əməliyyatlara münasibət birmənalı deyil.  Əhalinin bir qismi düşünür ki, "əməliyyat (eksimer lazerlə əlaqədar) yaxşı şey olsaydı, həkimlər özləri eynəkdən azad olardılar". Bəziləri isə "oftalmoloqlar ziyalı görünmək üçün eynək taxır" fikrindədir.
Həkim-oftalmoloq Qurban İsmayılov "Sherg.az"a açıqlamasında bildirib  ki, istənilən eksimer cərrahiyyənin fəsadları mümkündür:


"Konfranslarında birində eksimer cərrahiyyəsini  təbliğ edən həkimə sual verirlər ki, “xeyir olsun, özün niyə eynək taxırsan?”. O da “əməliyyat etməyə vaxtım yoxdur” dedi.
Refraktiv cərrahiyyə müasir oftolmologiyanın ən uğurlu əməliyyatlar siyahısına daxil olub. Cərrahiyyətinin mükəmməlliyi xəstənin düzgün yoxlanılmasından aslıdır. Buynuz qişanın, gözün ön hissəsinin həmin parametrlərə uyğunluğu, göz qalınlığının normal olması, professional cərrah və xəstənin intellekt səviyyəsi əməliyyatı şərtləndirən amillərdəndir. Fəsadsız əməliyyatın icrası yalana bənzəyir. Dünyanın ən məşhur klinikalarında icra olunan əməliyyatların fəsadı varsa, Azərbaycanda, Türkiyədə və s. həyata keçirilənlərin də zərərləri olur. Dünyaca məşhur oftolmoloqlar əməliyyatlarının fəsadlarını etiraf edirlərsə, Azərbaycanda “əməliyyatlarım yüzdə yüz orijinal keçir” deyə bilməzlər.  Qeyri-düzgün astiqmatizm ( qazanılmış ), buynuz qişada problemlər və s. yarana bilər. Əgər hansısa həkim öz gözünü əməliyyat etdirmədən digər xəstələrə təbliğ edirsə, onları aldatdığını göstərmiş olur. 
Ümumiyyətlə, əməliyyat üçün parametrlər uyğun gəlməlidir. Yaş qrupunu nəzərə almaq lazımdır, 35 yaşa qədər əməliyyatın icrası məqsədəuyğundur".