Məşhur aktyor zəlzələ zamanı evini açdığı o körpə ilə  görüşdü! "Gözəl adam"


Məşhur aktyor İbrahim Çelikkol fevralın 6-da baş verən zəlzələ zamanı 8 günlük körpə Asya və ailəsini təxminən 3 ay İstanbuldakı evində qonaq edib. Aktyor zəlzələdən zərər çəkən körpə ilə düz 6,5 ay sonra tanış olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, zəlzələnin ilk günündən bölgəyə gedən və axtarış-xilasetmə qruplarına köməklik edən İbrahim Çelikkol gecə-gündüz yorulmadan çalışıb.

Qeyd edək ki, 1999-cu ildə İzmitdə Gölcük zəlzələsində yaxalanan aktyor 1 ilə yaxın çadırda qaldığını bildirib.

Uğurlu aktyor zəlzələ bölgəsinə gedəndə kömək etdiyi ailələr arasında 8 günlük körpə Asya və ailəsi də olub. Bu yaxınlarda Adanaya gedən Çelikkol hazırda 8 aylıq olan körpə Asyaya baş çəkməyə getdikdə həqiqət üzə çıxıb.

Körpənin anasının sosial media hesabındakı paylaşımında bu sözləri diqqət çəkib:
“Bu dünyanın ən gözəli əvvəli və sonrasıdır. Düz 6,5 ay sonra Asya ilə bir yerdədir. Bu gözəl ürəkli adam zəlzələ zamanı evini bizə açdı. Asya 8 günlük idi və bizi İstanbuldakı evində qonaq etdi. Ona görə də qızımın yeganə dayısıdır”.