85 yaşı və 15 nəvəsi var! Kursun ən yaşlı tələbəsi sertifikatını aldı



İzmirdə məskunlaşan 85 yaşlı Fado Sukes xalçaçılıq kursunu uğurla bitirərək sertifikatını alıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Kemalpaşa Xalq Təhsil Mərkəzində ötən ilin dekabrında xalçaçılıq kursu açılıb. 12 kursantın qatıldığı təlimin ən yaşlı tələbəsi 85 yaşlı Fado Sukes olub. Evli, 5 övladı və 15 nəvəsi olan Fado Sukes həftədə 5 gün 6 saat davam edən kursu ötən ay bitirib.

Öyrənmək üçün yaş məhdudiyyətinin olmadığını göstərən və sertifikatını alan Fado Sukes bunları söyləyib: "Tədris mərkəzi ilə üzbəüz yaşayıram. Əvvəlcə gəlib mərkəzi gəzdim. Burada anlayışlı insanlarla tanış oldum. Mənə kömək etdilər. Xalçaçılıq kursuna başladım. Öyrənmək istəyənlər üçün asandır. Kursa tez öyrəşdim, xalça toxumağı öyrəndim". 
Kemalpaşa Xalq Təhsil Mərkəzinin direktoru Cengiz Aktı, "Fado xala ilə bu il tanış olduq. O, xalçaçılıq kursumuzun daimi iştirakçılarından biri oldu. Qısa müddətdə öyrəndi” deyə bildirib.