Azərbaycanda fəaliyyət göstərən hotel və sanatoriyalara bəzi güzəştlər nəzərdə tutulub. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə görə, yanvardan Azərbaycanın regionlarında otel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq. Nəzərdə tutulan güzəşt yalnız regiondakı otel və sanatoriyalara aid ediləcək. Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu isə istisnadır.
Maraqlıdır, yeni güzəştlər bölgələrdə hotellərin inkşafına necə təsir göstərəcək?
Məsələ ilə bağlı “Sherg.az”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, İstənilən vergi güzəşti biznesin inkişafı üçün pozitiv bir addımdır :
"Amma regionlarda turizmin inkişafı üçün bir tək bu güzəşt kifayət deyil. İnkişafın qarşısında duran ən böyük maneələrdən biri neçə ildir ki, bağlı olan quru sərhədlərdir. Bu problem həll olunsa, o zaman hotellərdə həyata keçirilən güzəştlər effekt verə bilər".