Dövlət Baxçalıdan  diqqət çəkən üzük paylaşımı

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı İnstaqram hesabında diqqətçəkən paylaşım edib. Baxçalının, üzərində firuzəyi daşı olan üzüyünə bu sözlər yazılıb: “Allah mənə yetər”. Bu ifadə Qurani-Kərimin Tövbə surəsinin 129-cu ayəsində qeyd olunub. 


Sherg.az xəbər verir ki, Diyanət İşləri İdarəsinin Qurani-Kərim təfsirinə əsasən, ayədə buyurulur: “Əgər onlar yenə də üz çevirsələr, de ki: “Mənə Allah yetər, Ondan başqa ilah yoxdur, mən yalnız ona təvəkkül edirəm. O, böyük taxt sahibidir””.