20 yaşlı gənc hər gün tövlədə heyvanlarına skripka çalır

Bu qurbanlıq heyvanlar sənətlə böyüyür! 

Türkiyənin Kırıkkale bölgəsinin Baxşılı rayonunda heyvandarlıqla mışğul olan 20 yaşlı Hamit Keleşin hər gün baxdığı qurbanlıq heyvanlara skripka çaldığı anlar sosial mediada böyük marağa səbəb olub.

Sherg.az xəbər verir ki, Kırıkkalenin Baxşılı rayonunda yaşayan 20 yaşlı Hamit Keleşin musiqiyə olan həvəsini atasının peşəsi ilə birləşdirməsi, heyvandarlıq və rəngli görüntülər ortaya çıxıb. Heyvan sevgisini musiqi ilə qarışdıran Keleş süd fabrikində baxdığı heyvanlara hər gün skripka çalır. 


 
Gəncin görüntüləri sosial mediada yayılıb.  "Skripka çalarkən dinclik tapıram. Hər kəs skripka çala bilməz; musiqiyə qulağı olmayan adam skripka çala bilməz" deyən Keleş bu işi çox sevdiyini bildirib. Heyvanların çox olması və onlarla vaxt keçirməsi gənc adama böyük dinclik veririr.